Şriftin ölçüsü :

Saytın rəngi :

“Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Ağcabədi rayonu üzrə seçim turu keçirilmişdir.

29 noyabr 2019 | 11:00

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyi “Poliqon” Strateji İntellekt Oyunu üzrə I Çağırış Kubokunun Ağcabədi rayonu üzrə seçim turu keçirmişdir.

29 noyabr 2019-cu il tarixdə Ağcabədi şəhər Camal İbahimov adına şəhər 8 saylı tam orta məktəbdə baş tutmuş seçim turunda rayon məktəblərindən 10 məktəb komandasının 60 şagirdi gərgin intellekt mübarizəsi aparmışdır. Yarışın nəticələrinə görə Səməd Vurğun adına 4 saylı tam orta məkdəbin Elit komandası birinci, Şirin Hüseynov adına 2 saylı  tam orta məktəbin Hünər komandası ikinci, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin Bilik komandası isə üçüncü yerə layiq görülmüşdür.

Keçidlər