Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın ölkəmizdəki səfirinin müavini Ağcabədi rayonuna səfər edib

26 noyabr 2019 | 11:00

26 noyabr 2019-cu il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov Böyük Britaniyanın ölkəmizdəki səfirinin müavini cənab Filip Barkeyi, Böyük Britaniya parlamentinin nümayəndələr palatasının mütəxəssisi cənab Ceyms Cennionu və səfirliyin İqtisadiyyat və enerji məsələləri üzrə müşaviri Nigar Cəfərovanı rayon İcra Hakimiyyətində qəbul etmişdir.

  Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bir neçə gün əvvəl Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunduğunu bildirərək qonaqları salamladı.

Səmimi qəbula görə minnətdarlığını bildirən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Ağcabədi şəhəri ilə tanışlıqdan məmnun qaldığını bildirib, şəhərdə görülən işləri yüksək qiymətləndirib. Dağlıq Qarabağ problemindən danışan diplomat münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. İki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayıb.

Rəsmi görüş zamanı Böyük Britaniya səfirinin müavini  F.Barkleyə Ağcabədidən xatirə hədiyyələri təqdim olunub.

Keçidlər