Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Qurban Bayramı münasibəti aztəminatlı ailələrə qurban payları çatdırılıb

13 avqust 2019 | 11:00

Qurban Bayramı ilə əlaqədar Ağcabədi rayonunda yaşayan Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına,  kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 1500-dən çox ailəyə qurban payları çatdırılıb.
Bayram günü Böyük Vətən Müharibəsi Veteranlarının, tənha, yataq xəstəsi, kimsəsiz və əlil vətəndaşlarin evlərinə gedilərək onlara baş çəkildi və qurban payı verildi. Rayonda - ümumilikdə 3,0 tondan artıq yaxın qurban əti paylanıldı. Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri möhtərəm Prezidentimizə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər