Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər S.Vurğun adına 4-saylı tam orta məktəbində "Son Zəng" tədbiri keçirilmişdir.

14 iyun 2019 | 11:00

14 iyun 2019-cu il tarixdə  S. Vurğun adına şəhər 4 saylı tam orta məktəbində məktəbin Xl sinif məzunlarının "Son Zəng" tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının  müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Agcabədi RTŞ-nin Metodkabinetin müdiri Əli Əhmədov, Agcabədi RTŞ-nin inspektoru İbrahim Vəliyev, Agcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid İsmayılov, məktəbin direktoru Teymur Qasımov, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişdilər. Tədbiri məktəbin direktoru Teymur Qasımov açıq elan etmiş və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır. Ağcabədi rayon İcra Hakimiyyəti başçısının  müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, məktəbin direktoru Teymur Qasımov, digər qonaqlar və valideynlər məzunları təbrik etmiş, onlara uğurlar arzulayıb ,tövsiyələrini çatdırmışdılar. Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış rəngarəng səhnələr nümayiş etdirilmiş, rəqs edib,  mahnı oxumuşdular.

Keçidlər