Şriftin ölçüsü :

Saytın rəngi :

Boyat kəndinə çəkilən qaz xəttinin açılışı oldu.

15 iyun 2019 | 11:00

   15 iyun 2019-cu il tarixdə Ağcabədi rayonu Boyat kəndində 530 abonentə təbii qazın verilməsi  münasibəti ilə tədbir keçirilmişdir.
  Tədbirdə Azərbayca Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azəriqaz İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas,Tahir Rzayev və Bəxtiyar Əliyev iştirak ediblər.
   Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək  qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir ki, bu gün Boyat  kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir.
  Çıxışının sonunda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.

Keçidlər