Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda iftar süfrəsi verildi.

03 iyun 2019 | 11:00

   Müqəddəs Ramazan ayı münasibətilə 03.06.2019-cu il tarixdə Ağcabədi rayon "Kral " şadlıq sarayında iftar süfrəsi  açılmışdır.

   Tədbirdə  dindarlar- ağsaqqallar, gənclər və Qarabağ seyidlər ocağının nümayəndələri, əsasən oruc tutan insanlar iştirak etmişlər.

   Çıxış edənlər Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından, Qurani Kərimin məhs bu ayda nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs etmişlər.  Allah tutulan orucları, edilən duaları, qılınan namazları qəbul etsin, AMİN.

Keçidlər