Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bilik yarışı keçirilmişdir

03 may 2019 | 11:00

3 may 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Dahi Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq növbəti tədbir keçirilmişdir. “Müasir tariximizi necə bilirik?” başlığı altında məktəblilər arasında təşkil olunan bilik yarışında şəhər məktəblərinin hər birindən 2 nəfər olmaqla X-XI sinif şagirdləri iştirak etmişdir.
Yarışın nəticələri münsiflər heyəti tərəfindən uyğun balla  dəyərləndirilmiş və şəhər 3 saylı məktəb-liseyin komandası I yer, şəhər 5 saylı tam orta məktəbin komandası  II yer, şəhər 2 saylı və 1 saylı tam orta məktəblərin komandaları isə III yerin qalibi olmuşdurlar.

Keçidlər