Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir

14 aprel 2019 | 11:00

  14 aprel 2019-cu il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi  Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi şəhər sakinləri 1995-ci il təvəllüdlü Məhərrəmov Nurlan Şahin oğlu ilə 2000-ci il təvəllüdlü Həsənova Ləman  qızının nikah mərasimi keçirilmişdir.
   Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər - çiçək dəstələri qoymuş və onun əziz xatirəsini yad etmişlər.
   Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə hədiyyə təqdim olunmuş və onlara ömür boyu sürən xoşbəxtlik arzulanmışdır.
   Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.

Keçidlər