Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Mart – Azərbaycanlılarının Soyqırımı Günü” ilə əlaqədar Ağcabədi rayonunda tədbir keçirilmişdir

29 mart 2019 | 11:00

29 mart 2019-cu il tarixdə Ağcabədi rayonunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
     Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, ziyarət etmiş önlərinə gül-çiçək dəstələri düzmüşlər.      
     Xatırladaq ki, 1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları çırkin əməllərini Bakı ətrafı ərazilərdə də davam etdirmiş, dəniz yolu ilə Kür çayının mənsəbinə qədər gəlib çıxan erməni-bolşevik quldur dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə  azərbaycanlılara qarşı törətdikləri  soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Keçidlər