Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirilmişdir.

07 mart 2019 | 11:00

07 mart 2019-cu il tarixdə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, o cümlədən kənd ivestisiya layihəsi çərçivəsində fəaliyyət göstərən qadın inkişaf qruplarının üzvləri, “N” saylı hərbi hissənin qadın hərbiçiləri və ilk təşkilat sədrləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə YAP Ağcabədi rayon təşkilatının inzibati binasının foyesində kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstərən “Uğur” və “İnam” qadın inkişaf qrupları üzvlərinin istehsal etdikləri məhsulların sərgisinə baxış keçirmişlər.

Tədbir YAP Ağcabədi rayon təşkilatının iclas zalında davam etmişdir.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq qadınları 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik etmiş, Ölkəmizdə qadınlara yüksək önəm verildiyi, onların Respublikanın ictimai–siyasi həyatında fəal mövqe tutduqlarını qeyd etmiş, gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə YAP Təzəkənd ərazi təşkilatının sədri, “Uğur” qadın inkişaf qrupunun üzvü Kamilə Qasımova, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü, “İnam ” qadın inkişaf qrupunun üzvü Çiçək Şirəliyeva, “N ” saylı Hərbi hissənin hərbi qulluqçusu Vəfa Cəfərova, Azərbaycan kənd Qadınları Assossasiyasının Qarabağ bölgəsi üzrə koordinatoru Yəməntac Əmirova, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri, YAP Ağcabədi rayon təşkilatının Şura üzvü Əlizadə Nəcəfov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək xanımları bayram münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar diləmişlər.

Tədbirdə YAP sıralarına daxil olan bir qrup qadına təntənəli şəkildə YAP vəsiqələri təqdim edilmiş, Rayonuin ictima-siyasi həyatında fəal iştirak edən qadınlara YAP Ağcabədi rayon təşkilatının Fəxri-Fərmanları təqdim edilmişdir.

Tədbirin sonunda Ağcabədi şəhər 5 saylı uşaq baxcası- körpələr evinin körpə fidanları və Ağcabədi şəhər 5 saylı tam orta məktəbinin şagirdləri şeirlər söyləyərək xanımları bayram münasibətilə təbrik etmişlər.

Keçidlər