Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanları məktəblilər tərəfindən yad edildi

22 fevral 2019 | 11:00

Ağcabədi şəhər 1 saylı tam orta məktəb üzrə Xocalı faciəsinin il dönümü ilə bağlı hazırlanan tədbirlər planına əsasən  silsilə tədbirlər həyata keçirildi.Əvvəl faciəni əks etdirən guşə məktəb foesində yaradıldı.Sonra məktəb üzrə rəsm bacarığı olan şagirdlərlə “Xocalı faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirildi.Silsilə tədbirlərdən biri də şagirdlər arasında inşa müsabiqəsi təşkil edildi.Məktəbin şagirdlərinin iştirakı ilə guşə qarşısında Xocalı faciəsi anılaraq şerlər səsləndi.4 -cü sinif şagirdləri faciəni əks etdirən səhnəcik nümayiş etdilər. Məkəbin divar qəzetinin fevral buraxılışı Xocalı faciəsinə həsr edildi.Tədbirin davamı yuxarı sinif şagirdləri ilə şəhidlər xiyabanın ziyarəti ilə başa çatdı

Keçidlər