Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə tədbir keçirildi.

12 yanvar 2019 | 11:00

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 24 illiyi münasibətilə iclas zalında 12 yanvar 2019-cu il tarixdə təntənəli tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.İclası giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri  Rövşən Əhmədov açmış və  Müstəqil Azərbaycan Dövlətçiliyinin və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilmişdir.Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranması, YAP Ağcabədi rayon təşkilatının yaranması, keçdiyi inkişaf yolu haqqında geniş məruzə ilə çıxış etmişdir.Məruzə ətrafında Ağcabədi rayon Statistika idarəsinin müdiri,ərazi ilk partiya təşkilatının sədri Elsevər İsmayılov,Ağcabədi rayon Telekomunikasiya Qovşağının müdiri, ərazi ilk partiya təşkilatının sədri İbrahim Həsənov, Rayon Mərkəzi xəstəxanasınında həkim işləyən YAP fəalı Könül Hüseynova çıxış edərək Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini çatdırdılar.Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi. Partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəallarına Fəxri Fərmanlar təqdim edildi.

Keçidlər