Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il tədbiri keçirilib

25 dekabr 2018 | 11:00

25 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi. Mərkəzdə fəaliyyət göstərən “Rəqs” kursunun üzvlərinin və Ağcabədi şəhər 5 və 8 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının iştirakı ilə keçirilən tədbirdə öncə tədbirin aparıcısı Sara Səfərova körpə fidanları təbrik etdi.
      Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva da tədbir iştirakçılarına təbriklərini ünvanladı.
     Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun hazırladığı tədbirdə bir-birindən gözəl, maraqlı rəqs nömərələri təqdim olundu. Şaxta baba, qar qız və cizgi filmlərinin qəhrəmanlarının qatıldığı tədbirdə, həmçinin şəhər 5 və şəhər 8 saylı uşaq bağçasının fidanları da maraqlı rəqs nömrələri ilə iştirak etdilər.
    Sonda balacalara şaxta baba tərəfindən  yeni il hədiyyələri təqdim olundu.

Keçidlər