Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP –ın yaranması münasibətilə tədbir keçirilmişdir.

20 noyabr 2018 | 11:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdi.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etdi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov YAP-ın yaranması, inkişafı və siyasi mübarizəsi barədə geniş məruzə etdi. Məruzədə qeyd edildi ki, “1988-1993-cü illər Azərbaycan Respublikasının tarixində ağır və içtimai-siyasi çətinliklərlə fərqlənən dövr idi. Bu tarixi dövrdə vətənimizin və xalqımızın düçar olduğu çətinlikləri aradan qaldırmaq, xalqın mübarizlik əzimini yüksəldən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın yaranmasına ciddi ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və proqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, böyük hörmətə layiq insanlar, ziyalılar Ümummilli Lider Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Xalqın bir ideya ətrafında birləşdirilməsi üçün isə vahid təşkilat, ideya birliyi gərək idi. Yaranmış ictimai –siyasi vəziyyətin ağırlığını nəzərə alan Respublikanın 91 nəfər tanınmış ziyalısı qeyd olunan bütün müsbət keyfiyyətləri dahi siyasətçi Heydər Əliyevin simasında görərək, yeni partiyanın yaradılması ilə bağlı Ulu öndərə müraciət etdilər. Ulu öndər həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri işləyirdi. Naxçıvan Muxtar Respublikasının əhalisi də bütün Azərbaycan xalqı kimi, problemləri həll etməyə qadir şəxsiyyət kimi yeganə olaraq siyasi lider Heydər Əliyevi görürdülər və bütövlükdə Azərbaycan xalqının ümid yeri Heydər Əliyev

idi. Ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək 24 oktyabr 1992-ci ildə gələcəkdə Azərbaycanın siyasi həyatında fəal iştirak edəcək Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu xalqa və ziyalılara çatdırdı.

Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfər nümyəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi, Partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndərimiz Heydər Əliyev Konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi”.

Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllimi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov, Ağcabədi rayon İcra Hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi Nurəddin Hacıyev, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Mətanət Səfərova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə fikirlərini çatdırdılar.

Tədbirdə YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi. Partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənən YAP fəallarına Fəxri Fərmanlar təqdim edildi.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək tədbir iştirakçılarını və YAP Ağcabədi rayon təşkilatının bütün üzvlərini YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə təbrik etdi, Siyasi fəaliyyətlərində onlara uğurlar arzuladı.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və fəaliyyətinə həsr olunmuş film-slayd nümayiş etdirildi.

Tədbir başa çatdıqdan sonra iştirakçılar kollektiv olaraq xatirə şəkli çəkdirdilər.

Keçidlər