Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblər Arasında Respublika çempionatı”nın Basketbol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

14 noyabr 2018 | 11:00

12-13 noyabr 2018-ci il tarixlərdə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyində “Məktəblər Arasında Respublika çempionatı”nın Basketbol idman növü üzrə Ağcabədi rayon birinciliyi keçirilmişdir.

Rayon birinciliyində şəhər və kənd məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparmışdır. Birinciliyin yekununda , Köyük kənd tam orta məktəbin komandası I yerə, Şirin Hüseyinov adına şəhər 2 saylı tam orta məktəbin komandası II yerə, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbin komandası III yerə laiq görülmüşlər. I, II və III yeri tutan məktəb komandalarına diplomlar təqdim olunmuşdur.

Keçidlər