Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Dövlət Bayrağı günü”nə həsr olunmuş sərgi-tədbir keçirilib

08 noyabr 2018 | 11:00

07 noyabr 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 9 noyabr “Dövlət Bayrağı Günü” münasibətilə “Bayraq mənliyimdir, bayraq kimliyim” adlı sərgi-tədbir keçirilmişdir.
      Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən sərgidə tarixi Azərbaycan bayraqları, eləcə də Heydər Əliyev Mərkəzinin “Rəsm“ və “Maraqlar üzrə əl işləri” kursunun şagirdlərinin bayrağımıza həsr etdikləri rəsmlər və əl işləri nümayiş etdirilmişdir.
      Sərgi əsasında keçirilən tədbir, Ağcabədi Pedaqoji Kollecinin tələbələrinin 3 rəngli bayrağımızı əks etdirən geyimlərdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa “Bayraq günü” münasibətilə sərgi iştirakçılarını təbrik etdikdən sonra, bu günün tarixi barədə qısa məlumat vermiş və bildirmişdir ki, hamımız əminik ki, “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi, qürur mənbəyimiz olan bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaqdır!”.
      Sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik çıxış edərək qeyd etmişdir ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
      Daha sonra M. Əsədov adına şəhər 5 saylı tam orta məktəbinin şagirdləri “Bayraq günü”nə həsr edilmiş maraqlı kompozisiya ilə çıxış etdilər.
       Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəqs” kursunun üzvlərinin və şəhər 5 saylı məktəbəqədər təhsil müəssisəsinin uşaqlarının ifasında hazırlanmış rəqs nömrələri və “Həvəkar aktyorluq və bədii qiraət” kursunun üzvləri Heydər Məmmədov, Səbinə Nəsirova və Röyalə Hümbətovanın ifasında səslənən, Azərbaycan bayrağına həsr olunmuş şeirlər tədbirə daha da rəng qatdı.
      “Dövlət Bayrağı günü”nə həsr edilmiş sərgi vətənpərvərlik ruhunda olan musiqilərin sədaları altında saat 18:00-dək davam etmişdir.

Keçidlər