Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kursların növbəti dərs ilinə başlaması ilə əlaqədar tədbir keçirilmişdir.

28 sentyabr 2018 | 11:00

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva tədbir iştirakçılarını salamlayıb,kurs üzvlərinin ötən ilki uğurlarından,fəaliyyətindən danışdı və kurs rəhbərlərinə jurnalların yazılması,dərs proqramlarının hazırlanması,nizam-intizam qaydaları haqqında tapşırıq və tövsiyyələrini verdi həmçinin hər birinə uğurlar arzu etdi.Sonra kursların fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.Daha sonra Aktyorluq və bədii qiraət kursunun rəhbəri Gündüz Nəcəfov, Aktyorluq və bədii qiraət kursunun üzvü Günel Kərimova,Maraqlar üzrə əl işləri kursunun rəhbəri Nuriyyə Mamedova,Kamança kursunun rəhbəri Səbinə Nəsirova çıxış edərək kurs üzvlərinin istedadlarından,eləcə də,Heydər Əliyev Mərkəzinin uğurlarından ətraflı söhbət açdılar.Tədbir Günel Kərimlinin pionada ifa etdiyi gözəl bir musiqi parçası ilə sona çatdı.Qeyd edək ki,tədbirdə kurs üzvləri ilə yanaşı valideynlər də,iştirak edirdi.

Keçidlər