Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun – Milli Qurtuluş günü münasibətilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilmişdir.

12 iyun 2018 | 11:00

Tədbirlər planına uyğun olaraq 11 iyun 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin “Gənc Heydərçilər”i arasında müsabiqə təşkil edib.Heydər Əliyev Mərkəzində baş tutan müsabiqədə hər bir komandaya 30 test sualı təqdim olunub. Qeyd edək ki, tədris ili müddətində Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış proqram və təqdim olunmuş mühazirələr əsasında həftədə bir dəfə olmaqla şəhər məktəblərindəki Gənc Heydərçilər qruplarına siyasi dərslər keçirilimişdir. Müsabiqə iştirakçılarına təqdim olunmuş test sualları həmin mühazirələr əsasında tərtib edilib.Yarım saat müddətində test suallarını cavablandıran komandalar arasında ilk yeri Ağcabədi şəhər 8 saylı tam orta məktəbin “Gənc Heydərçilər” komandası qazanıb. İkinci yerin sahibi şəhər 1 nomrəli tam orta məktəbin komandası, 3-cü yerin sahibi isə S.Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin “Gənc Heydərçilər” komandaları olub.

Qaliblər diplom və hədiyyələrlə təltif ediliblər.

Keçidlər