Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçiril

28 may 2018 | 11:00

Ağcabədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.Tədbirdə Ağcabədi rayonunda Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun iştirakı ilə rayonun idarə, müəssisə və təşkilatları,hüquq mühafizə orqanlarının rəhbərləri, kənd İcra nümayəndəlikləri, bələdiyyələr, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər və rayon ictimayyəti iştirak etmişlər.     Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək , bu günki əziz gün münasibəti ilə Ağcabədi rayon sakinlərini təbrik etmiş və bildirmişdir ki, may ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.     Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoyuldu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.   Tədbir Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayon şöbəsinin hazırladığı musiqili proqram ilə axşam saatlarına qədər davam etdirilmişdir.    Tədbir gecənin qaranlığında Ağcabədi səmalarını işıqlandıran yanan şarların və atəşfəşanlığın möhtəşəmliyi ilə başa çatmışdır.

 

Keçidlər