Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi.

23 may 2018 | 11:00

23 may 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirildi. Konfransın işində Ağcabədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdir  müavini Təyyar Hacıyev YAP-ın Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov və Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva iştirak edirdilər.Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Giriş sözü ilə konfransı açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva qeyd etdi ki, bu gün ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Natiq çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”. Sonra çıxışını davam edən dosent Mətanət Fərzəliyeva Heydər Əliyev kursunun siyasi varisi, ölkə prezidenti cənab İlham Əliyevin də Azərbaycan Xalq Cümhuriyyətinə yüksək dəyər verdiyini qeyd etdi. Məhz buna görə də ölkə prezidentinin 16 may 2017-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalanmasını, 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə isə 2018-ci ili Cümhuriyyət ili elan etməsini xüsusi vurğuladı.Sonra məruzələr dinlənildi. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun hakimiyyətinin Azərbaycanda bərqərar olunması” mövzusunda çıxış edən natiqlər öz çıxışlarında Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi yer tutduğunu qeyd etdilər. Müasir və müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edən natiqlər bildirdilər ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının varlığını əbədi və dönməz etdi. Bu gün müstəqil Azərbaycan dövləti regionda qüdrətli dövlətə çevrilmişdir. Bu bizə deməyə əsas verir ki, yaxın gələcəkdə işğalda olan torpaqlarımız azad olacaq, müstəqil Azərbaycanın üçrəngli bayrağı Qarabağda dalğalanacaqdır.

Keçidlər