Şriftin ölçüsü :

Saytın rəngi :

Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

09 may 2018 | 11:00

08 may 2018 il tarixində Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.Tədbir Dövlət Himninin səslənməsi ilə açıldı.Ulu Öndərin Əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Giriş sözü ilə çıxış edən Direktor Polad Musayev Ümummilli Liderin həyat və fəaliyyəti,onun Azərbaycan dövlətçiliyinin formalaşmasında gördüyü böyük işlər barədə şagirdlərə geniş məlumat verdi.Azərbaycanda o vaxtki xaos və anarxiyanın aradan qaldırılması ,iqtisadi stabilliyin bərpa edilməsi ,ordu quruculuğu sahəsində görülən təxirəsalınmaz işlər ,Əsrin Müqaviləsinin imzalanması Dahi Liderin Xalq qarşısında göstərdiyi böyük xidmətlərin bir hissəsidir.Tədbirdə şagirdlərin əl işləri nümayiş olundu.Məktəb şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş şerlər söylənildi,ədəbi bədii kompozisiya numayiş etdirildi

Keçidlər