Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Qaradolaq kənd sakini fermer Tofiq İsmayılov I dərəcəli əmək ordeni ilə təltif edilmişdir.

26 mart 2018 | 11:00

26 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədə şəhər Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilmişdir. Bu mərasimdə Cənab Prezident İlham Əliyev tərəfindən keçən il pambıqçılığın inkişafında fərqlənən fermerlərə birinci dərəcəli “Əmək” ordenini təqdim etmişdir. 40 hektar sahədə hektardan 52 sentner pambıq tədarük etmiş həmyerlimiz Ağcabədi rayonu Qaradolaq kənd sakini, Fermer Tofiq İsmayılov da Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 dekabr tarixli Sərəncamı ilə I dərəcəli əmək ordeni ilə təltif olunmuşdur.

Keçidlər