Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 7 sayılı məktəbin müəllim və şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər

21 fevral 2018 | 11:00

20 fevral 2018 ci il tarixində Ağcabədi  şəhər 7 sayılı məktəbin bir qrup müəllim və şagirdləri Şəhidlər Xiyabanını ziyarət etdilər.Məktəbin direktoru Polad Musayev şagirdlərə Qarabağ múnaqişəsi,erməni təcavüzkarları tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə məlumat verdi.Ağcabədinin qəhraman oğullarının da digər vətən oğulları kimi torpaqlarımızın müdafiəsinə qalxdığını və rayonun 172 Şəhid verdiyini bildirdi.Onlardan üç nəfərin  xüsusi rəşadət göstərərək Azərbaybaycanın Milli Qəhrəmanı adına layiq görüldüğünü şagirdlərə məlumat verdi.Bildirdi ki, Xocali faciəsi  erməni faşistlərinin Xalqımıza qarşı törətdiyi Soyqırım aktıdır və ermənilər öz havadarlarının köməyilə 26 fevral 1992 ci ildə Xocalını işğal etdilər.Bu Soyqırım zamanı 613 nəfərin şəhid olduğu və minlərlə insanın yaralandığı ,itkin və əsir düşdüyü şagirdlərin nəzərinə çatdırıldı.Sonda şagirdlər şəhid məzarlarını  ziyarət edərək çiçək dəstələri düzdülər

Keçidlər