Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir.

18 yanvar 2018 | 11:00

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərin keçirilməsinə davam edir.  Növbəti tədbir 18 yanvar 2018-ci il tarixdə Ağcabədi şəhər 6 saylı tam orta məktəbi ilə birgə keçirilmişdir.
   Tədbir zamanı öncə məktəbin foyesində Mərkəz tərəfindən hazırlanmış sərgi nümayiş etdirilmişdir. Mərkəzin əməkdaşı Nurlan Piriyev fotolar və sənədlər əsasında şagirdlərə faciə haqqında ətraflı məlumat vermişdir.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və  20 Yanvar faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.                      
    Tədbiri giriş nitqi ilə açan Ağcabədi şəhər 6 saylı tam orta məktəbin direktoru  Nərminə Əkbərova 20 Yanvar faciəsi haqqında məlumat verərək bildirmişdir ki, bu faciə xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biri olmuşdur. Keçmiş Sovet İmperiyası və erməni quldurlarının qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanlarıdırlar.
    Sonra şəhər 6 saylı tam orta məktəbin müəllimi Əli Bədəlov məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin gecə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
    Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək bildirmişdir ki, faciə zamanı yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.
   Sonda məktəblilərin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər