Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “ Sizinlə qürur duyuruq Azərbaycan əsgəri” adlı musiqili tədbir keçrilib.

29 dekabr 2017 | 11:00

29 dekabr 2018-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi və Üzeyir Hacıbəyli adına Qarabağ Muğam mərkəzinin müəllim və şagird kollektivinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissələrdə xidmət edən zabit və əsgərlər üçün geniş konsert proqramı təşkil edilmişdir.
Üzeyir Hacıbəyli adına Qarabağ Muğam mərkəzində keçirilən “ Sizinlə qürur duyuruq Azərbaycan əsgəri” adlı musiqili tədbirini giriş sözü ilə açan mərkəzin direktoru Tofiq Cəfərov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər
Tədbir Qarabağ Muğam Mərkəzinin  kollektivinin hazırladığı konsert proqramıyla davam etmişdir.

 

Keçidlər