Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Pedaqoji Kollecində “Bayraq Günü ” münasibəti ilə tədbir keçirilmişdir.

09 noyabr 2017 | 11:00

08 Noyabr 2017-ci il tarixində Ağcabədi Pedaqoji Kollecində 09 noyabr “Bayraq Günü ” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, Ictimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafeyava da iştirak etmişdir.

Dövlət Himni səsləndikdən sonra giriş sözü ilə nitqə başlayan kollecin direktoru dövlət atributlarının, o cümlədən bayrağın mahiyyəti barədə danışdı. Və bayram münasibəti ilə hər kəsi təbrik etdi. Kollecin Müəllimi Bəxtiyar Əliyev məruzə ilə çıxış edərək dövlətçilik tariximiz barədə məlumat verdi. Tədbirdə çıxışlar zamanı gənc nəslə dövlətimizə və bayrağımıza məhəbbət aşılandı.

Tədbir tələbələrin hazırladıqları kanpazisyalarla davam etdirildi. Vətənpərvərlik və bayrağa məhəbbət mövzusunda şer və mahnilarla dəvam etdirildi.

Keçidlər