Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində cizgi filmləri nümayiş olunmuşdur.

17 oktyabr 2017 | 11:00

       Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Azərbaycanda Milli Kino günü" ilə bağlı olaraq film nümayişləri davam edir. Bu münasibətlə 16 oktyabr 2017-ci il tarixdə  mərkəzdə uşaqların iştirakı ilə cizgi filmləri nümayiş olunmuşdur.
     Film nümyaişindən öncə balacalar foyedə  Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Ağcabədİ MKS) tərəfindən təşkil olunmuş kitab və jurnallardan ibarət “Sehirli Dünyanı Tanıyan Sevir!” adlı sərgi ilə tanış olmuşlar.   
       Daha sonra uşaqlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çəkilmiş “Basat və Təpəgöz” və “Qızıl” adlı cizgi filmlərini maraqla izləmişlər.
    Qeyd edək ki, film nümayişləri 25 dekabr 2017-ci il tarixədək (hər həftənin bazar ertəsi) davam edəcəkdir.

Keçidlər