Şriftin ölçüsü :

Saytın rəngi :

M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseydə 15 Sentyabr “Bilik Günü” böyük təntənə ilə qeyd edildi.

15 sentyabr 2017 | 11:00

Hər yerdə olduğu kimi, M.F.Axundov adına şəhər 3 saylı məktəb-liseydə 15 Sentyabr  “Bilik Günü” böyük təntənə ilə qeyd edildi. Tədbirdə  Ağcabədi  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Rövşən Əhmədov iştirak  edirdi.   Tədbiri giriş sözü ilə məktəbin direktoru Respublikanın Əməkdar Müəllimi Həcər xanım Əliyeva açaraq bütün tədbir iştirakçılarını bu əziz gün münasibəti ilə təbrik edib, tədbiri açıq elan etdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra məktəbin IIa və VIa sinif şagirdlərinin hazırladıqları kompozisiyada Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı kəndində aparılan abadlıq işlərindən söhbət açıldı, bununla bərabər Erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonu Alxanlı kəndinə atəş açması nəticəsində həlak olan kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının xatirəsinə həsr edilmiş kompozisiyada Heydər Əliyev Fodunun vitse-prezidenti Leyla Əliyevanın 2 yaşlı Zəhra Quliyevanın xatirəsinə həsr etdiyi şeir VIa sinif şagirdləri tərəfindən söylənildi.
Daha sonra, kompozisiya Milli Məclisin üzvü, Millət vəkili Tahir Rzanın “Anamdır Azərbaycan” və “Qalmaz yad əllərdə, qalmaz Qarabağ” şeirləri ilə sona yetdi. Tədbirdə Rayon İcra Hakimiyyəti başcısının birinci müavini cənab Rövşən Əhmədov çıxış edərək,  məktəb kollektivini yeni dərs ilinin başlanması və bilik günü münasibəti ilə  təbrik edərək məktəbin məzunu, ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq M.F.Axundov adına 3 saylı məktəb-liseyinə və rayonumuza şərəf gətirən Arzu Məmmədzadəni və 600-dən çox bal toplayan məzunları xüsusi ilə təbrik etdi.
Sonda məktəbin dərs-hissə müdiri, Respublikanın Əməkdar Müəllimi Camal Abbasov məktəbin nailiyyətləri haqqında çıxış edərək tədbir iştirakçılarina öz xoş arzularını bildirdi.
İlk zəngin sədaları altında bütün şağirdlər bayram sevinci ilə yeni dərs ilinə başladı.

Keçidlər