Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissənin əsgər və zabit heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib

21 avqust 2017 | 11:00

20 avqust 2017-ci il tarixdə Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Ziyarətçilərə öncə mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin hər birimizə nümunə olan şərəfli həyat yolu və fəaliyyəti haqqında geniş və dolğun məlumat verilib. Hərbiçilər zalda nümayiş olunan eksponatlara böyük maraqla baxmış, Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolu, eləcə də xalqımız və dövlətçiliyimiz üçün gördüyü nümunəvi  işlərlə yaxından tanış olmuşlar.
Daha sonra ziyarətçilər Ümummilli Liderimizə həsr olunmuş kitabların sərgisi və Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri tanış olublar.
Sonda əsgər və zabit heyəti ilə birlikdə xatirə fotosu çəkilib.

Keçidlər