Şriftin ölçüsü :

Saytın rəngi :

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ticarət obyektlərində reyd keçirilib

18 avqust 2017 | 11:00

Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin verilən məlumata görə mərkəzin həkimləri 14-17 avqust 2017-ci il tarixdə yaz-yay mövsümü ilə əlaqədar rayonun Nəsimi və Ü.Hacıbəyli küçələrində olan ticarət obyektlərində rayon İcra Hakimiyyətinin, şəhər İcra nümayəndəliyinin, Bələdiyyə nümayəndəliyinin və polis əməkdaşlarının birgə iştirakı ilə reydlər keçirib.
Yoxlamalar zamanı ticarət obyektlərində olan çatmazlıqlar aradan qaldırılmaqla yanaşı, bəzi mağazalarda ərzaq məhsullarının yararlılıq müddətinin başa çatması aşkarlanıb. Mərkəz tərəfindən təxminən 80 kiloqrama qədər vaxtı keçmiş qida məhsulları götürülərək ləğv edilib.
Mərkəzdən bildirilib ki, bundan başqa, sanitar-gigiyenik qayda pozuntusuna görə Ü.Hacıbəyli prospetində olan maşınyuma məntəqəsinin fəaliyyəti dayandırılıb və həmin məntəqənin müdirü cərimə olunub.
Qeyd olunub ki, Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları bu istiqamətdə yoxlamaların aparılmasını mütəmadi olaraq təşkil edir.

Keçidlər