Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Abituriyent” hazırlıq kursu ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələr üçün tur-aksiya təşkil edib

16 avqust 2017 | 11:00

12 avqust 2017-ci il tarixdə Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Yerləşdirmənin nəticələrinə əsasən “Yeni Abituriyent” hazırlıq kursunun bir çox şagirdi yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olub. Kurs bu münasibətlə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisələrinə qəbul olan şagirdləri üçün tur-aksiya təşkil edib.
Yenicə tələbə adını qazanmış abituriyentlər tur çərçivəsində Qəbələ və Şəki şəhərlərindəki görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar. Tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub.
Tələbələr Qəbələ və Şəkidən zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər