Şriftin ölçüsü :

Saytın rəngi :

18 iyul 2017-ci il tarixdə Ağcabədi şəhər “Cümə” məscidində “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

19 iyul 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Ağcabədi şəhər “Cümə” məscidi dini icması 18.07.2017-ci il tarixdə Ağcabədi şəhər “Cümə” məscidində “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihə çərçivəsində “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirtmişdir.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin aparıcı məsləhətçi vəzifəsini icra edən  Cavid Məlikzadə, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri və rayon dindarları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə  Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri Mərdan Rzayev  açaraq ölkəmizdə mövcud olan multikulturalizm ənənələrindən danışdı. Sonra  şıxış edən Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “Multikulturalizm” və “İslam həmrəyliyi ili” ilə əlaqədar rayonda görülmüş işlər barədə məlumat verdi. Daha sonra söz məruzə üçün  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin aparıcı məsləhətçi vəzifəsini icra edən  Cavid Məlikzadəyə verildi. Cavid Məlikzadə “Multikulturalizmin Azərbaycan nümunəsi” mövzusunda məruzə etdi. Məruzə ətrafında  Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının üzvü Qanboy İbrahimov və din xadimi Tahir Mikayılov çıxış etdilər. Tədbirin sonunda dinləyicilərin sualları cavablandırıldı. Tədbirdə çay süfrəsi təşkil olundu və tədbir iştirakçılarına kitablar paylandı.

Keçidlər