Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi “Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirilib

16 iyun 2017 | 11:00

Ağcabədi şəhər Uşaq bağçası və Körpələr evi”,  "Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirib. Tədbirin açılışı ilk olaraq Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər.  Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış  səhnəciklər,  rəqslər nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyev, Nizami Gəncəvi, Nəsimi kimi dahilərin vətən, Azərbaycan haqqında fikirləri səsləndirilib.
Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov körpələri təbrik edib ,onlara yaxşı oxumağı və vətənimiz Azərbaycana layiqli vətəndaş olmağı arzu edib.

 

Keçidlər