Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilmişdir.

07 iyun 2017 | 11:00

07 iyun 2017-ci il tarixdə YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilmişdir. Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad etdilər.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət mərkəzində keçirilən konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü və keçdiyi inkişaf yoluna, həmçinin YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirildi.
Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilkatının sədri Rövşən Əhmədov konfransı aşıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq Nəzarət Təftiş Qrupunun sədr müavini Elsevər İsmayılov çıxış edərək ötən dövr ərzində Nəzarət Təftiş Qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın ötən konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.
Konfransda təşkilati məsələlərə də baxıldı.
Konfransda YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 9 nəfərdən ibarət Nəzarət Təftiş Qrupunun tərkibi seçildi.
Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi. Konfransda həmçinin sədrin müavinlərinin seçilməsi məsələsinə də baxıldı. Teymur Rəhimov və Eldəniz Qənbərov təşkilat sədrinin müavinləri seçildilər.
Konfransda Milli Məclisin deputatı Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, İcra katibinin müşaviri Kərim Kərimov geniş çıxış etdilər.
Konfransda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Respublikanın ictimai –siyasi həyatında oynadığı roldan, həmçinin YAP Ağcabədi rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdı.
Konfransın işində Milli Məclisin deputatı Tahir Rzayev və YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov iştirak etdilər.

Keçidlər