Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 1 ab siniflərinin 24 may 2017 ci ildə Əlifba Bayramı qeyd olundu.

30 may 2017 | 11:00

Tədbirin birinci hissəsi birincilərin sinif otağında müəllimləri ilə birlikdə Əlifbaya həsr edilmiş yekun dərs kimi keçirildi.Sonra məktəbin direktoru Səadət Kazımova və bu dərs ilinin XI  sinif  məzunları birinciləri Əlifba Bayramı münasibəti ilə təbrik edib,onlara xoş  sözlər söylədilər.
     Tədbirin ikinci hissəsi  Heydər Əliyevin adını daşıyan parkda birincilər, məktəbin müəllim kollektivi və valideyinlərin iştirakı ilə davam etdi.İlk öncə birincilər Ulu Öndərin Heykəli qarşısına tər güllər düzərək Ulu öndərə öz ehtiramlarını bildirdilər.Bayram şənliyi birincilərin özlərinində iştirakı ilə rəngarəng rəqs, səhnəcik və kompozisiyalarla davam etdi.Tədbirdə şagirdlər il boyu, təqvimdə qeyd olunan əlamətdar günlərin və nağıl  qəhrəmanlarını qarşılayaraq onlarla birlikdə xoş dəqiqələr keçirdilər.
Bayram şənliyi maraqlı  və yadda qalan oldu.

Keçidlər