Şriftin ölçüsü :

Saytın rəngi :

18 may “Beynəlxalq muzeylər günü” münasibətilə 18 may 2017-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir.

22 may 2017 | 11:00

18 may “Beynəlxalq muzeylər günü” münasibətilə 18 may 2017-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir.

     “Beynəlxalq muzeylər günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunmuş, mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgi, həmçinin Ulu öndər Heydər Əliyevin Ağcabədiyə səfərlərinə dair fotoşəkillərin sərgisi təşkil edilmişdir.

      Mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvlərinə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmiş, “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya hazırlanmış, dərnək üzvlərinin iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.
Qeyd edək ki, “Açıq qapı” günləri 20 may 2017-ci il tarixinədək davam edəcəkdir.

Keçidlər