Şriftin ölçüsü :

Saytın rəngi :

Zehniniz açıq, yolunuz uğurlu olsun, əziz birincilər.

11 sentyabr 2023 | 14:49

    Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə yeni tədris ili və “Bilik günü” münasibətilə görüş keçirilib.

 

     Görüşdə GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, “Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı və mərkəzin xidmətlərindən bəhrələnən uşaqların valideynləri iştirak ediblər.

 

     GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova yeni tədris ilində məktəblilərə uğurlar arzulayaraq, dövlətin uşaqlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə  həyata keçirilən işlərdən danışıb. O, bildirib ki, uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Şanlı Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarda yeni məktəblərin tikintisi, taleyinə məcburi köçkün adı yazılmış insanların indi doğma yurdlarında məktəbə getməsi bir daha Azərbaycanda təhsilə verilən qiymətin bariz nümunəsidir. Təhsil sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ildən-ilə uğurla davam etdirilir.

 

  Daha sonra “Güvən Xeyriyyə” İB-nin sədri Nigar Bayramlı çıxış edərək birinciləri və onların valideynlərini Bilik Günü münasibətilə təbrik edib, birincilərə təhsil illərini yüksək göstəricilərlə başa vurmağı arzulayıb.

 

   

    "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində keçirilən görüşün sonunda Antaris şirkəti tərəfindən  bu il ibtidai siniflərə qədəm qoyacaq 10 aztəminatlı ailənin 15 övladına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edilib.

Keçidlər