Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü ərəfəsində şəhid ailələri və qazilər ziyarət olunur

07 noyabr 2022 | 12:54

 Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizin ailələri, sağlamlığını itirən qazilərimiz daim  Ağcabədi Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Onların mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və digər problem və çətinliklərinin  həll edilməsi hər zaman nəzarətdə saxlanılır. 

   Bütün bayramlarda və əlamətdar günlərdə olduğu kimi, Zəfər günü ərəfəsində də rayonda şəhid ailələri və qazilər ziyarət olunur, onlara bayram sovqatları aparılır.

   5-6 noyabr tarixlərində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti yanında  Şəhid ailəsi üzvləri, əlillik dərəcləri təyin olunmuş müharibə iştirakçıları və “Müharibə veteranları” ilə işin təşkilinə dair Komissiyanın  üzvlərinin iştirakı ilə  Xocavənd, Şərəfxanlı, Biləğan, Sarvanlar, Kəhrizli və Şahmallar kəndlərində olub, şəhid Mirağa Əliyev, Sahil Hüseynov,Murad Əsədov, Həsən Quliyev, Tariyel Salmanov, Vüsal Şükürovun ailələrini, həmçinin qazilər Allahverdi Tağıyev, Qorxmaz Bayramov, Elvin Məhərrəmov, Ozal Cəfərov, Asəf Süleymanovu ziyarət edib.

    Görüşlər  zamanı  icra başçısı  Ali baş Komandanınapardığı uğurlu siyasətdən, ordumuzun qüdrətindən sözaçıb. O, 30 ilə yaxın müddətdə işğal altında qalantorpaqlarımızın azad olunmasında məhz dövlət başçısı tərəfindən aparılan düzgün siyasətin böyük rolunuvurğulayıb, bu yolda canından keçən vətən oğullarınınxatirəsinin hər zaman ehtiramla anılacağını bildirib, qazilərimizə sağlamlıq arzulayıb.

   Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.    

Keçidlər