Zəfər Günü ərəfəsində Ağcabədi rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Ağcabədi Rayon İcra Hakimiyyəti,Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi, və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə “8 noyabr Zəfər günü” münasibətilə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri ziyarət olunub,qəhrəmanlarımız ehtiramla anılaraq, ruhlarına dualar oxunub.
Görüşlər zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Qabil Rzayev Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açaraq Vətən müharibəsində şanlı Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində qazanıldığını qeyd edib.
GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova da müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini “8 noyabr Zəfər günü” münasibətilə təbrik edərək, xalqımızın şəhidlərin xatirəsini daim uca tutacağını diqqətə çatdırıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Sonda ailələrə bayram sovqatları çatdırılıb.