Yeni Qaradolaq kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
14 may 2025 | 18:44
Mayın 14-də Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib. Budəfəki qəbul Yeni Qaradolaq kəndində olub. Öncə icra başçısı Rafil Hüseynov çıxış edib. O, dövlət başçısnın apardığı uğurlu siyasətdən, ordumuzun gücündən, həmçinin Qarabağda aparılan quruculuq, bərpa işlərindən geniş danışıb.
Bir müddət əvvəl kəndə dolu düşməsi nəticəsində təsərrüfata dəyən ziyandan da söz açan rayon rəhbəri məhz belə hallarda çətinliklə üzləşməmək üçün sığortanın əhəmiyyətindən danışıb.
Sonra qəbul iştirakçılarının problem və çətinlikləri dinlənilib. Kənd sakinləri Fərhad Ağayev, Fəxrəddin İsgəndərov, Sarvan Quliyev, Qədim Şirinov, Elnur Əliyev və digərləri söz alaraq mövcud problemləri diqqətə çatdırıblar. Müraciətlərdə kənddəki məktəbdə şagirdlərin məktəbə gəlişinin, burada təhsilin keyfiyyətinin aşağı olması, müəllim çatışmazlığı, kənddaxili yolun bərpa edilməməsi, nəzarət olunmadığı üçün yol kənarındakı ağacların mal-qara tərəfindən məhv edilməsi, kənddəki içməli su artezianında yaranan problem, həmçinin sığorta və digər məsələlərlə bağlı yaşanan çətinliklərdən söz açılıb, köməklik göstərilməsi xahiş olunub. Hər bir məsələ aidiyyəti təşkilatların nümayəndələri ilə müzakirə olunub, icra başçısı tərəfindən lazımi tapşırıqlar verilib, bəzi məsələlər nəzarətə götürülüb.