Yekaterinburqda öldürülən qardaşlar dəfn olundular
01 iyul 2025 | 15:20
İyunun 27-si səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının nəşi dünən axşam saatlarında Azərbaycana gətirilib. Məhkəmə tibbi ekspertizasından sonra onların cənazələri bu gün Ağcabədi rayonuna gətirilərək Hacıbədəlli kəndində, doğmalarının yanında dəfn edilib. Dəfn mərasimində Ağcabədi rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, media mənsubları iştirak ediblər.






