Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik İli” münasibətilə iməcilik keçirilib.

04 avqust 2024 | 16:13
Avqustun 3-də 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli”ni əhatə edən “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisində iməcilik keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin təşəbbüsü, eləcə də Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada, Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma idarəsi, Kommunal Xidməti Mənzil İstismar idarəsinin kollektivləri, RİHB-nın Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, həmçinin Rəncbərlər bələdiyyəsi və kənd sakinləri iştirak ediblər. Həyata keçirilən iməcilik zamanı 10 tondan artıq tullantı yığılaraq xüsusi poliqona daşınıb.
Qeyd edək ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan olunması ilə əlaqədar müvaqif tədbirlər planına əsasən Ağcabədi rayonunda belə abadlıq-iməcilik və ağacəkmə aksiyaları ilin əvvəlindən həyata keçirilir və ilin sonuna qədər keçirilməsi bundan sonra da planlaşdırılır.
Keçidlər