“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağcabədidə növbəti ağacəkmə aksiyası keçirilib.
16 mart 2024 | 10:28
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağcabədidə növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya martın 15-də Ağcabədi-Zərdab magistral yolunun Taxtakörpü ərazisindən keçən hissəsində yol kənarında təşkil olunub.
720 metr ərazini əhatə edən aksiyada Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİHB-nin birinci müavini Xətai Zeynalov, aparatın məsul əməkdaşları, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, "Qarabağ Regional Turizm" idarəsinin nümayəndələri, "N" saylı hərbi hissənin zabit və əsgər heyəti, idarə, müəssisə, təşkilatların, eləcə də, ümumtəhsil məktəblərinin kollektivləri iştirak ediblər.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb. 1000-ə yaxın akasya, göyüş və yerli iqlim şəraitinə uyğun meşə ağacları əkilib.
Yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalayıb.