“Yaşıl dünya naminə həmrəylik ili” çəçivəsində minlərlə yeni ağac əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çəçivəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində mütəmadi olaraq keçirilən ağacəkmə aksiyalarında magistral yolların kənarında, şəhər, qəsəbə və kənd ərazilərində, park və istirahət bağlarında, prospekt və küçələrin kənarında minlərlə yeni ağac əkilib.
18-28 oktyabr 2024-cü il tarixlərində keçirilən və 10 mindən çox ağacın əkildiyi genişmiqyaslı aksiyalarda rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının, idarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Magistral avtomobil yollarının rayon ərazisindən keçən hissələrində yolların sağ və sol tərəflərində iqlim şəraitinə uyğun olaraq seçilmiş ağaclar əkilib, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Qeyd edək ki, aksiya çərçivəsində rayon ərazisində 10500 ədəd müxtəliv növ ağac və gül kolları əkilib.