"Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” Qrant layihəsi çərcivəsində Ağcabədidə növbəti təlimini keçirmişdir.
08 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” layihəsi çərçivəsində Ağcabədi Tarix Diyarşünaslıq Muzeyinin akt zalında 30 nəfər gəncin iştirakı ilə təlim kursu keçirilmişdir.
Təlimi Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə açaraq qeyd etdi ki, Ümumilli lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövürlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin.
Daha sonra layihə haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim “Gənclik narkomaniyaya yox deyir!” layihəsi çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmış, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya və digər neqativ vərdişlərdən uzaq durmasının önəmini diqqətə çatdırmışdır.
Təlim zamanı narkomaniyaya aid hazırlanmış üzərində Agentliyin və İctimai Birliyin loqosunu əks etdirən bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanılmış, layhihədə iştiraklarına dair sertifikatlar təqdim olunmuşdur.
Layihə çərçivəsində Ağcabədidə növbəti təlim Ağcabədi Pedaqoji Kollecində keçiriləcəkdir.