Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Xocavənd kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.

21 may 2025 | 19:46

Mövcud qarfikə əsasən Ağcabədi Rayon  İcra Hakimiyyəti başçısının yerlərdə təşkil olunan növbəti  səyyar qəbulu  mayın 21-də  Xocavənd kəndində keçirilib.

Öncə qəbulun keçirildiyi məktəbin həyətində Milli Qəhrəman Sadıq Hüseynovun büstü ziyarət olunub, önünə güllər düzülüb.

Hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirak etdiyi görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov bildirib ki, səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların problemləri ilə yaxından maraqlanmaq və bu problemlərin vaxtında həll edilməsinə nail olmaqdır.

  Sonra qəbul iştirakçılarına söz verilib. Kənd sakini Telman Mamedov müraciətində 10 kv-luq elektrik dirəyinin həyətyanı torpaq sahəsindən keçdiyini və hər an təhlükə yaratdığını bildirərək  köməklik göstərilməsini xahiş edib. İcra başçısı  məsələnin yerində araşdırılması və problemin  həlli ilə bağlı Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verib.  Əlavə olaraq texniki şərtin alınmasının vacibliyini bildirib.

   Kənd sakini Zəfər Səfərov isə mülkiyyətində olan pay torpaq  sahəsinin həmkəndlisi tərəfindən  qanunsuz zəbt edildiyini bildirərək  istifadələrinə  qaytarılmasına köməklik göstərilməsini  xahiş edib. Rayon rəhbəri mövcud vəziyyət  ilə bağlı müvafiq izahat verib və məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətininin aidiyyəti regional idarəsinə müraciət etməsini vətəndaşa tövsiyə edib, əks təqdirdə məsələnin məhkəmə predmeti olduğunu bildirib. Əlavə olaraq məsələnin araşdırılması rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanova tapşırılıb.

 Digər kənd sakini Telman Abbasov  Xocavənd kəndində körpələr evi-uşaq bağçasının açılmasına köməklik göstərilməsini, həmçinin kənd ərazisində 1 ədəd içməli su üçün krant artezianın vurulmasını xahiş edib. Vətəndaşa bildirilib ki, kənd  ərazisində körpələr evi-uşaq bağçasının açılması  ilə bağlı istifadəyə yararlı binanın olmasının vacibdir. Həmçinin bununla bağlı rayon rəhbəri Ağcabədi rayonu üzrə Təhsil sektoruna tapşırıq verib. Vətəndaşın qaldırdığı digər məsələyə də münasibət bildirən icra başçısı bildirib ki, cari ildə kənd ərazisində Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun adını daşıyan kənd tam orta məktəbinin yaxınlığında içməli su məqsədi üçün 1 ədəd subartezian quyusunun vurulması nəzərdə tutulub.

Keçidlər