Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon turniri keçirilmişdir

25 noyabr 2022 | 17:44

  24 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə yeniyetmələr arasında  rayon  turniri keçirilmişdir.

   Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuş rayon turniri gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmişdir. Turnir Əsasnaməyə uyğun olaraq müxtəlif nominasiyalar üzrə keçirilmiş və 12 komanda mübarizə aparmışdır.

   Yekun nəticələrinə əsasən Birlik komandası I yerə, Zirvə komandası II yerə, Zəfər komandası isə III yerlərə laiq görülmüşdür. Müvafiq olaraq I,II,III yerləri tutan komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Keçidlər