Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Vətəndaş müraciətlərinin daha çevik və rahat şəkildə qəbul olunması məqsədilə yeni qaynar xətt istifadəyə verilmişdir.

03 iyun 2025 | 18:44

Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətəndaşların Müraciətlərinə Operativ Baxılması (MOB) Mərkəzi vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərini qəbul edir və müvafiq qurumlara yönləndirərək operativ həllinin təmin edilməsinə nəzarət edir.

       Vətəndaş müraciətlərinin daha çevik və rahat şəkildə qəbul olunması məqsədilə yeni qaynar xətt istifadəyə verilmişdir. Ağcabədi rayonunun sabit telefon şəbəkəsi operatoru üçün “164”, Bakı şəhərinin və digər bölgələrin sabit telefon şəbəkəsi operatorları, eləcə də mobil telefon şəbəkəsi operatorları üçün “021 27 164” yığmaqla Ağcabədi Rayon İcra Hakimiyyətində Vətəndaşların Müraciətlərinə Operativ Baxılması Mərkəzi ilə əlaqə saxlanılması təmin edilmişdir.

Keçidlər