Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisinin doğum günü qeyd olundu

07 yanvar 2023 | 09:40

Yanvarın 5-də Ağcabədi Rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi, RİHB aparatının baş mütəxəssisi Niyaz Bayramlının doğum günü qeyd olunub. 
Çay süfrəsi arxasında keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qazini 22 yaşının tamam olması münasibətilə təbrik edib, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Məlumat üçün bildirək ki, Niyaz Bayramov Vətən müharibəsi zamanı Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib və həmin  döyüşlərin  birində ağır yaralanıb. Onun bu müharibədə göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib, bir sıra medallarla təltif olunub.
N.Bayramov Hazırda Atatürk Universitetinin  tələbəsidir.

Keçidlər