Üzeyir Hacıbəylinin anadan olmasının 137 illik yubileyi ilə əlaqədar olaraq film nümayişlərinə başlanılıb
13 sentyabr 2022-ci il tarixindən etibarən başlanan film nümayişləri Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” və “Arşın mal alan” filmlərinin nümayişi müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon gəncləri, ümumtəhsil məktəbliləri üçün nəzərdə tutulub.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş vətən oğullarının və Üzeyir Hacıbəylinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxış edərək korifey sənətkarın həyat və yaradıcılığı haqqında ümumi məlumat verdikdən sonra filim nümayişinə başlanıldı.
13 sentyabr 2022-ci il tarixində Ağcabədi rayon İcra Hakimiyyəti, Ağcabədi rayon Gənclər və İdman İdarəsi, Ağcabədi rayon Mərkəzi Xəstəxanası, Şəhər Təhsil Şöbəsinin nümayəndələri “O olmasın, bu olsun” filmini izləyiblər. Qeyd edək ki, film nümayişləri növbəti günlərdə də davam edəcək